Modern.az

Bakıda yanğın, xəsarət alan var

Bakıda yanğın, xəsarət alan var

19 Mart 2022, 23:08

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 4 m² olan gözətçi otağının içərisində 1 ədəd döşək və elektrik qızdırıcısının kabeli yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Otaq, içərisində olan 2 ədəd qaynaq aparatı və hər birinin həcmi 10 litr olan 4 ədəd propan qaz balonu yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?