Modern.az

Axtarışda olan 56 nəfər saxlanıldı

Axtarışda olan 56 nəfər saxlanıldı

Hadisə

20 Mart 2022, 11:18

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?