Ağcabədidə yol qəzasında iki nəfər ölüb.
Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Hərəkətdə olan traktor qarşıdan gələn "BMW" markalı avtomobillə toqquşub. Nəticədə “BMW”nin sürücüsü və sərnişini həlak olub.
Faktla bağlı araşdırma başlanıb, qəza zamanı ölənlərin kimliyi araşdırılır.