Modern.az

Bakıda mağaza və anbar yandı - YENİLƏNİB

Bakıda mağaza və anbar yandı - YENİLƏNİB

Hadisə

25 Mart 2022, 14:26

Bakıda tikinti mağazasında və anbarda baş vermiş yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Əlavə məlumat veriləcək.

 

***

Bakıda tikinti mağazası və anbarda yanğın başlayıb.


Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi sayına istinadən xəbər verir ki, 112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə məlumat daxil olub. 

 

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

 

Qeyd edək ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?