Modern.az

Naxçıvanda məktəb binası çökdü, ölənlər var - RƏSMİ 

Naxçıvanda məktəb binası çökdü, ölənlər var - RƏSMİ 

31 Mart 2022, 13:51

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus binanın çökməsilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.

 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə inşaat işləri aparılan məktəb binasında baş verib.

 

“Ölən və yaralananlar var. Amma onlar məktəb şagirdləri deyil. Çünki məktəb istifadəyə verilməyib”, - açıqlamada deyilir.

Ölən və yaralanan şəxslərin sayı hələlik məlum deyil.

 

Gülşən

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?