Mingəçevirdə kütləvi zəhərlənmə qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına 16 nəfər yerləşdirilib.
Rəsmi məlumata görə, 16 nəfərdən 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bildirilib ki, zəhərlənənlərdən 11 nəfəri böyüklər, 5 nəfəri isə uşaqlardır. Digər 2 nəfərin isə vəziyyətinin stabil olduğu vurğulanıb:
"Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır".