Modern.az

Vətən müharibəsi iştirakçısı intihar etdi - FOTO

Vətən müharibəsi iştirakçısı intihar etdi - FOTO

Hadisə

4 Aprel 2022, 08:08

Gədəbəydə intihar hadisəsi qeydə alınıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Çanaqçı kəndində baş verib.

 

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu özünü asaraq intihar edib. Hadisə gecə saatlarında, İsmətin ailə üzvlərinin yuxuya getməsindən sonra baş verib.

 

O, dünən Çanaqçı kəndində torpağa tapşırılıb. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Qeyd edək ki, İsmət Babakişiyev Vətən müharibəsində əsgər kimi iştirak edib. O, döyüşlərə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qatılıb. İsmət Babakişiyev Prezidentin sərəncamları ilə Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və "Şücaətə görə" medalları ilə təltif olunub. 

 

Onu da əlavə edək ki, Vətən müharibəsi qazisi subay idi. Aprelin 21-də 22 yaşı tamam olacaqdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?