Modern.az

70 yaşlı qadın meyiti aşkarlandı

70 yaşlı qadın meyiti aşkarlandı

Hadisə

4 Aprel 2022, 22:14

Mingəçevirdə 70 yaşlı qadın meyiti aşkarlanıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədova Tükəzban Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?