Modern.az

COVID-19-a yoluxanların sayı kəskin AZALDI

COVID-19-a yoluxanların sayı kəskin AZALDI

Hadisə

7 Aprel 2022, 16:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb 61 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək Azərbaycanda ölkədə ümumilikdə 792 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 204 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.

 

Ölkədə son sutka ərzində 4 755, hazırkı dövrədək isə 6 731 315 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?