Modern.az

Bakı Dərin Özüllər Zavodunda qəza oldu

Bakı Dərin Özüllər Zavodunda qəza oldu

Hadisə

10 Aprel 2022, 19:36

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.

 

Modern.az xəbər verir ki, bu barədə “BOS Shelf” məlumat yayıb.

 

Əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib. Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

 

Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da gün ərzində adi qaydada icra olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?