Modern.az

Güclü külək rayonlara ziyan vurdu - FOTOLAR

Güclü külək rayonlara ziyan vurdu - FOTOLAR

Hadisə

12 Aprel 2022, 22:27

Güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib.

 

Modern.az xəbər verir ki, küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.

 

Bundan başqa, rayonun elektrik təsərrüfatına ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.

 

Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

 

Qeyd edək ki, güclü külək Ağdam və Bərdə rayonlarında da bir sıra fəsadlar törədib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?