Modern.az

DSX vəfat edən kursantla bağlı məlumat YAYDI

DSX vəfat edən kursantla bağlı məlumat YAYDI

Hadisə

13 Aprel 2022, 17:40

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.

 

Bu barədə Modern.az-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal