Modern.az

“Zirvə”də 539 minlik mənimsəmə - Cinayət işi açıldı

“Zirvə”də 539 minlik mənimsəmə - Cinayət işi açıldı

Hadisə

15 Aprel 2022, 17:30

Şəmkir rayon sakini Ramin Əliyevin özünə məxsus “Zirvə” adlı marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavb olaraq bildirilib.

 

Qeyd edilib ki, material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?