Modern.az

Zaqatalada kişi arvadını və özünü ÖLDÜRDÜ

Zaqatalada kişi arvadını və özünü ÖLDÜRDÜ

Hadisə

17 Aprel 2022, 10:13

Aprelin 17-də Zaqatala rayonunun Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Zaqatala rayon prokurorluğundan Modern.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
 

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?