Modern.az

Zərdabda yaşlı qadın evdə yanaraq öldü

Zərdabda yaşlı qadın evdə yanaraq öldü

Hadisə

17 Aprel 2022, 14:43

Zərdabda baş verən yanğında bit nəfər ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində rayonun Çallı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1936-cı il təvəllüdlü Faizə Süleymanovaya məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Ev tamamiilə yanaraq külə dönüb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

 

Hadisə yerinə baxış keçirilərkən ev sahibi F. Süleymanovanın yanmış meyiti aşkar olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Fakt araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?