Modern.az

Sabunçuda ikimərtəbəli ev yandı

Sabunçuda ikimərtəbəli ev yandı

18 Aprel 2022, 21:30

Bakı şəhərinin Sabunçu rayonunda evdə yanğın olub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 190 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.

 

Evin qalan hissəsi və qarajda olan minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal