Bu gün Gəncə şəhər 8 saylı məktəbdə bıçaqlanan şagird xəstəxanaya yerləşdirilib.
Bu barədə Modern.az-a açıqlamasında Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev bildirib.
Onun sözlərinə görə, bıçaqlanan məktəblinin vəziyyəti kritik deyil: "Hadisə məktəbin koridorunda baş verib. Zərərçəkmiş məktəbli xəstəxanaya yerləşdirib, lazımi tədbirlər görülüb. Məndə olan məlumata görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalmalı olacaq".
Hadisənin səbəbinə gəlincə, Anar Qədiməliyev bununla bağlı araşdırma aparıldığını söyləyib: "Araşdırmanın nəticəsini gözləməliyik. Məndə olan məlumata əsasən, şagirdlər arasında bundan öncə də konflikt yaşanıb”.
Qeyd edək ki, Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə insident baş verib. Belə ki, məktəbin 8-ci sinif şagirdi həmcinsi olan sinif yoldaşını bıçaqlayıb.