Polis əməkdaşları Gəncədə körpəsini başqasına verərək, yoxa çıxan qadını axtarır.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.
DİN rəsmisi faktla əlaqədar araşdırma aparıldığını bildirib: "Qadının evini müəyyənləşdirməyə çalışırıq. Həmin qadının həqiqətən Gəncə şəhərində olub-olmaması müəyyən ediləcək. Lakin bununla bağlı ortada rəsmi şikayət və ya müraciət yoxdur".
Qeyd edək ki, Gəncədə qadın körpəsini başqasına verərək yoxa çıxıb. Məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında ictimailəşdirib.
Ətraflı məlumatda BURADAN tanış ola bilərsiniz.