Şabran rayonunun Vələsli kənd sakini olan yeniyetmə itkin düşüb.
Modern.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Qasımov Samuray Rafət oğlu aprelin 15-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Ailə üzvlərinin verdiyi məlumata görə, Samuray 10-cu sinif şagirdidir, onun dərsləri və ailəsi ilə əlaqədar heç bir problemi olmayıb.
Yeniyetmənin ailəsi hadisə barədə polisə müraciət edib. Hazırda axtarışlar davam etdirilir.