Polşada daş kömür mədənində güclü partlayışlar baş verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə metan qazı səbəb olub. İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib.
Polşanın Baş naziri Mateuş Moravetssju hadisə yerinə gedərək, vəziyyətlə tanış olub.
“Dünyasını dəyişənlərdən əlavə 7 nəfər mədənin keçidində qalıb. 20-dən çox şəxs ağır xəsarətlə hospitala yerləşdirilb”, - deyə Baş nazir qeyd edib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.