Modern.az

Qubadlıda 29 yaşlı oğlan MİNAYA DÜŞDÜ

Qubadlıda 29 yaşlı oğlan MİNAYA DÜŞDÜ

Hadisə

22 Aprel 2022, 23:17

Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Qubadlı rayon prokurorluğu məlumat yayıb.

 

Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

 

Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?