Modern.az

Daşkəsən sakini Göygöldə intihar etdi

Daşkəsən sakini Göygöldə intihar etdi

Hadisə

24 Aprel 2022, 10:31

Daşkəsən rayon sakini Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Rafiq Qüdrət oğlu Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.

 

Onun uzun müddət qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Qeyd edək ki, mərhumun 2 övladı var. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?