Modern.az

“Lexus”la ayağının üstündən keçdi, döyüb təhqir etdi - VİDEO

“Lexus”la ayağının üstündən keçdi, döyüb təhqir etdi - VİDEO

Hadisə

25 Aprel 2022, 22:16

Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.

 

Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.

 

Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum çəkib və təhqir edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?