Modern.az

Qayınata keçmiş kürəkənini bu səbəbdən öldürüb

Qayınata keçmiş kürəkənini bu səbəbdən öldürüb

Hadisə

26 Aprel 2022, 10:56

Xəbər verdiyimiz kimi, ötən gün Salyan rayonunun Təzəkən kəndi ərazisində qətl törədilib. Belə ki, kənd sakini Məlikağa Əliyev keçmiş kürəkəni 1985-ci il təvəllüdlü Faiq Məlikovu bıçaqlayaraq öldürüb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Bu barədə Modern.az-a danışan Salyan Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlili sektorunun müdiri Lalə Həmzəyeva Faiq Məlikovun iki il öncə ailəsindən ayrıldığını bildirib.

"İki ildir ki, ailə boşanıb. Ancaq Faiq Məlikov dəfələrlə gecə saatlarında iki övladını və keçmiş həyat yoldaşını narahat edib. Onların gerin qayıtmasını tələb edirmiş. Dəfələrlə ailəni narahat edib. Hadisəni törədən qayınata Məlikağa Əliyev artıq təngə gəlib, onun əməllərindən bezib. Nəticədə o, keçmiş kürəkənini öldürüb. İlkin məlumata görə, Məlikağa Əliyev keçmiş kürəkənini qızı və nəvələrini narahat etdiyinə görə qətlə yetirib" - deyə Lalə Həmzəyeva vurğulayıb.

Qeyd edək ki, faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Həmçinin oxuyun:

Keçmiş kürəkənini öldürən qayınata TUTULUB

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?