Modern.az

DİN-in qarşısında özünü yandırdı - SƏBƏB

DİN-in qarşısında özünü yandırdı - SƏBƏB

Hadisə

26 Aprel 2022, 17:22

Daxili İşlər Nazirliyinin (DİN) binasının qarşısında orta yaşlı şəxs özünü yandırıb.

 

Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar.

 

“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”, - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?