Modern.az

Əliağa Kürçaylının nəvəsi qəzaya düşdü - FOTO

Əliağa Kürçaylının nəvəsi qəzaya düşdü - FOTO

Hadisə

28 Aprel 2022, 08:23

Bakının Səbail rayonunda yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şossesində baş verib. Belə ki, “Porche” markalı avtomobil yol kənarında dayanıb. Mopedi idarə edən şəxs yüksək sürətlə “Porsche” markalı maşına çırpılıb.

 

Mopedin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn polislərin verdiyi məlumata görə, “Porsche”nin sürücüsü Kürçaylı Əliağa Ülfət oğludur.

 

Ə.Kürçaylı tanınmış şair Əliağa Kürçaylının nəvəsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?