Xəbər verdiyimiz kimi, aprelin 25-də Quba rayonunun Səbətlər kənd sakini Elşən Muradov keçmiş həyat yoldaşı Gülnar Muradovanın baş nayihəsinə balta ilə iki dəfə zərbə endirib. Qadının yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradova stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirib. O, bu səbəbdən cinayət əməlini başa çatdıra bilməyib.
Kəndin icra nümayəndəsi Nurlan Orucəliyev hadisənin təfərrüatı barədə Modern.az-a danışıb. Onun sözlərinə görə, ailə bir il öncə boşanıb.
“Boşanmanın səbəbi haqqında məlumatım yoxdur. Yəqin ki, şəxsi münasibətlərdə yaranan problemə görə ayrılıblar. Dörd övladları var. Hadisənin qısqanclıq zəminində baş verdiyini deyirlər. Hazırda Gülnar Muradovanın vəziyyəti yaxşıdır. Hadisənin detalları araşdırılır”, - icra nümayəndəsi bildirib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Həmçinin oxuyun:
Keçmiş arvadını boğmaq istədi - Qızı imkan vermədi