Modern.az

Avtobus sürücüsü sükan arxasında öldü

Avtobus sürücüsü sükan arxasında öldü

Hadisə

29 Aprel 2022, 21:24

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar Orucov özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub.

 

İlkin məlumata görə, sürücü infarkt keçirib. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı