Modern.az

Azərbaycanda COVID bitmək üzrədir - 92 aktiv xəstə var

Azərbaycanda COVID bitmək üzrədir - 92 aktiv xəstə var

Hadisə

30 Aprel 2022, 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 792562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782761 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 92 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3104, hazırkı dövrədək isə 6814486 test aparılıb.

 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!