Modern.az

Neftçalada bədbəxt HADİSƏ - İnək sahibini öldürdü

Neftçalada bədbəxt HADİSƏ - İnək sahibini öldürdü

30 Aprel 2022, 17:10

Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini 1959-cu il təvəllüdlü Rasim Paşayev bədbəxt hadis nəticəsində ölüb.

 

Modern.az-ın məlumatına görə, R. Paşayev yaşadığı evin həyətində baş nahiyəsindən aldığı xəsarətdən vəfat edib.

 

63 yaşlı kişinin meyiti gəlini tərəfindən aşkarlanıb. İlkin araşdırma zamanı R.Paşayevin inəyi sağmaq istəyərkən iribuynuzlu heyvanın hücumuna məruz qalması nəticəsində vəfat etdiyi müəyyənləşib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?