Bakının Suraxanı rayonunda 53 yaşlı kişi intihar edib.
Modern.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, 1969-cu il təvəllüdlü Səfa Dadaşov yaşadığı Zığ qəsəbəsindəki evin həyətində özünü asaraq həyatına son qoyub.
Onun asılı halda qalmış meyitini yaxınları aşkarlayıblar.
Fatkla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.