Modern.az

BMW körpüdən aşdı - Xəsarət alan var

BMW körpüdən aşdı - Xəsarət alan var

Hadisə

3 May 2022, 10:27

Şəkidə avtomobil körpüdən aşaraq çaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, hadisə Şəkinin İnçə kəndində baş verib. BMW markalı minik avtomobili körpüdən aşaraq çaya düşüb və xilasedici köməyinə ehtiyac yaranıb.

 

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı