Modern.az

Əxlaqsız videosu yayılan müəllimlə bağlı universitetdən AÇIQLAMA

Əxlaqsız videosu yayılan müəllimlə bağlı universitetdən AÇIQLAMA

Hadisə

3 May 2022, 12:55

Lənkəran Dövlət Universiteti (LDU) əxlaqsız videosu yayılan müəllimlə bağlı açıqlama yayıb.

 

Universitetin mətbuat katibi Esmira İsmayılova Modern.az-a bildirib ki, sözügedən müəllim Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşıdır.

 

"O, LDU-da yarım ştatla işləyir. Hüquq-muhafizə orqanlarının araşdırmaları davam edir. Məsələ təsdiqini taparsa, müəllimə qarşı qanunvericilik çərçivəsində ən sərt tədbir görüləcək", - universitet rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb.

 

Həmçinin oxuyun:

Tələbə qızlara əxlaqsız təklif edən müəllim barədə araşdırma BAŞLADI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu