Modern.az

Yük maşınları toqquşdu - Ölənlər var

Yük maşınları toqquşdu - Ölənlər var

Hadisə

4 May 2022, 21:48

Şəmkir rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Asif Yusif oğlu və Goranboy rayonunda məskunlaşan Kəlbəcər rayon sakini Muxtarov Elsevər dünyasını dəyişib.

 

Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu