Ağstafada dəmir yolunun kənarında meyiti tapılan gənci qatar vurub.
Modern.az xəbər verir ki, 28 yaşlı Vüsal Qocayev sərxoş vəziyyətdə dəmir yolu xəttini keçən zaman onu yük qatarı vurub. Meyit bir neçə saat sonra dəmir yolunun kənarından aşkarlanıb.
Faktla bağlı Ağstafa rayonun prokurorluğunda araşdırma aparılır.
***
11:04
Ağstafada dəmir yolunun kənarında meyit tapılıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Belə ki, yol kənarından 28 yaşlı Qocayev Vüsal Kamal oğlunun meyiti aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, 28 yaşlı kişini qatar vurub. Araşdırma aparılır.