Modern.az

Jurnalistə hücumla bağlı cinayət işi AÇILDI

Jurnalistə hücumla bağlı cinayət işi AÇILDI

Hadisə

9 May 2022, 15:47

Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir. 

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Fakt üzrə bütün zəruri tədbirlərin icra olunduğu onun diqqətinə çatdırılıb.

 

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!