Modern.az

Azərbaycanda yol qəzaları artıb - Dəhşətli STATİSTİKA

Azərbaycanda yol qəzaları artıb - Dəhşətli STATİSTİKA

Hadisə

16 May 2022, 12:00

2022-ci ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub.

 

Onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb. Hadisələrin 48,9 faizi gündüz, 35,0 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

 

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artaraq 129 nəfər, yaralananların sayı isə 0,9 faiz azalaraq 335 nəfər olub.

 

Göstəricinin adı 2022-ci ilin yanvar-mart aylarında 2021-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 403 107,2
Məkanına görə:    
           magistral avtomobil yollarında 64 136,2
           yaşayış məntəqələrində 339 103,0
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 197 122,4
           toran vaxtı 65 80,2
           gecə vaxtı 141 105,2
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 363 110,0
          digər (yaş, buz və s.) 40 87,0
Zərərçəkənlərin sayı, nəfər 556 112,3
           həlak olanlar 183 146,4
           yaralananlar 373 100,8

 

Bütün yol-nəqliyyat hadisələrinin 46,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,0 faizini, yaralananların isə 68,9 faizini kişilər təşkil edib.

 

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 3 hadisə baş verib. Nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!