Modern.az

Azərbaycanlı qız koreyalıya ərə getdi - FOTO

Azərbaycanlı qız koreyalıya ərə getdi - FOTO

Hadisə

16 May 2022, 18:06

Azərbaycanlı gənc Nigar Eyyubova Cənubi Koreyada ailə həyatı qurub.


Modern.az xəbər verir ki, bu barədə N.Eyyubova özünün sosial şəbəkə hesabında paylaşım edib. 


O, Cənubi Koreya vətəndaşı olan Çoi Yonn Seuq adlı şəxslə evlənib. Toy Cənubi Koreya adətlərinə uyğun şəkildə təşkil edilib. Məclisdə Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov və digər qonaqlar da iştirak ediblər.  
 

Qeyd edək ki, Nigar Eyyubova bir müddət öncə Cənubi Koreyaya köçüb, orada təhsil alıb. Həmyerlimiz təhsilini bitirəndən sonra paytaxt Seul şəhərində fəaliyyətini davam etdirmək qərarına gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB