Modern.az

Bakıda kürəkən qayınatasını ÖLDÜRDÜ

Bakıda kürəkən qayınatasını ÖLDÜRDÜ

Hadisə

18 May 2022, 10:14

Bakıda qayınata kürəkəni tərəfindən qətlə yetirilib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində qeydə alınıb.

 

Həmin şəhərcikdə yaşayan, 1978-ci il təvəllüdlü Qabil Qəmbərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

 

Məlumata görə, Q.Qəmbərov qızının əri, 1987-ci il təvəllüdlü Taleh Heydərov tərəfindən öldürülüb.

 

Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb.

 

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!