"Dərnəgül - Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb. Köməkçi qatar təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.
Onun sözlərinə görə, metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır. Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.