Modern.az

Polis gənc oğlanı xilas etmək üçün özünü təhlükəyə atdı - VİDEO

Polis gənc oğlanı xilas etmək üçün özünü təhlükəyə atdı - VİDEO

Hadisə

20 May 2022, 11:34

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına atıb.

 

Polis vətəndaşı xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub və vətəndaşın həyatı xilas edilb. Zərərçəkən daha sonra hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!