Modern.az

3 nəfər dəm qazından zəhərləndi - Ölən var

3 nəfər dəm qazından zəhərləndi - Ölən var

Hadisə

20 May 2022, 21:59

Gədəbəy rayonunda dəm qazından zəhərlənmə olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

 

Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona ambulator yardım göstərilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!