Modern.az

Türkiyədə tələbələr qəzaya düşdü - Ölənlər var

Türkiyədə tələbələr qəzaya düşdü - Ölənlər var

22 May 2022, 09:34

Türkiyədə ağır yol qəzası baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.

 

Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Qəza zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.

 

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

 

Qəzanın başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!