Abşeron Gənclər Şəhərciyində yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumatda bildirilib.
11:50 ***
Abşeron Gənclər Şəhərciyində yerləşən yaşayış binasında yanğın başlayıb.
Sakinlərin Modern.az-a verdiyi məlumata görə, yanğın Abşeron Gənclər Şəhərciyi, 85-ci blokda qeydə alınıb.
Yanğına ilkin səbəb kimi mənzildəki naqillərdə qısaqapanma baş verməsi göstərilir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühazifə Xidmətinin əməkdaşları mənzildə olan 2 yaşlı uşaq və anasını xilas ediblər.