Qazaxda qadın bıçaqlanıb.
Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü Bəsirə Quliyeva Qazax şəhərində yerləşən marketlərin birinin qarşısında bıçaqlanıb.
O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir.
İlkin məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.