Modern.az

Gecə 3-də kişini döyüb 2 min manatını aldılar

Gecə 3-də kişini döyüb 2 min manatını aldılar

Hadisə

27 May 2022, 10:32

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə mayın 25-də saat 3 radələrində üç nəfərin Bakı şəhər sakini E.Məmmədovu döyərək 2000 manatını almaları barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Moern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyən edilərək saxlanılıblar.


Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir