Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranıb.
Bu barədə Modern.az-a H.Hacıyev özü məlumat verib. O, ürəyindən müalicə almaq üçün Türkiyəyə yola düşüb.
“Hazırda vəziyyətim yaxşıdır, inşallah, gələn həftə Vətənə qayıdağacam”, - deyə partiya sədri bildirib.
Xatırladaq ki, Hafiz Hacyev bundan əvvəl də bir neçə dəfə Türkiyədə müalicə alıb.
Elmar Hüseynov