Modern.az

Vilayət Eyvazov generalı təqaüdə GÖNDƏRDİ

Vilayət Eyvazov generalı təqaüdə GÖNDƏRDİ

Hadisə

28 May 2022, 11:13

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Bu münasibətlə Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...