Modern.az

23 yaşlı gənc Füzulidə MİNAYA DÜŞDÜ

23 yaşlı gənc Füzulidə MİNAYA DÜŞDÜ

28 May 2022, 19:30

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Füzuli rayon prokurorluğundan bildirilib.

 

Aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.

 

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!