Modern.az

Gədəbəydə satıcılar arasında dava düşdü

Gədəbəydə satıcılar arasında dava düşdü

Hadisə

29 May 2022, 17:34

Gədəbəydə bazarda satıcılar arasında dava olub.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb.

 

Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Bayramov Mehman Qələndər oğlu döş qəfəsindən bıçaqlanıb.

 

M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

 

Hadisənin təfərrüatları hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir